0c1b4f1f-875d-41a6-b9d9-21cd0d2d1963..jpg

Ronaldu het-trik etdi, komandası qalib gəldi – VİDEO

Baxış sayı: 354 dəfə baxılıb.

Ronaldu het-trik etdi, komandası qalib gəldi – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun çıxış etdiyi “Ən-Nəsr” klubu
“Əl-Vehda” ilə görüşdə 6-0 hesablı qələbəyə sevinib.

39 yaşlı Kriştianu Ronaldu oyunda het-triklə yadda qalıb.

Portuqaliyalı ulduz futbolçu 5-ci dəqiqədə vurduğu qolla komandasını qələbəyə
ruhlandırıb – 1:0. Qonaqlar özlərinə gəlməmiş daha bir zərbə alıblar. Kriştianu
Ronaldu 12-ci dəqiqədə dubl edib – 2:0. Otavio 18-ci, Sadio Mane isə 45-ci
dəqiqədə vurduğu qolla fərqi 4-ə yüksəldib – 4:0. 56-cı dəqiqədə yenidən
səhnəyə çıxan Kriştianu Ronaldu het-trikini rəsmiləşdirib – 5:0. Görüşdə son
nöqtəni isə 88-ci dəqiqədə Muhammed Əl Fatil qoyub – 6:0.

Qeyd edək ki, 6-0 hesabı ilə qalib gələn “Ən-Nəsr” 74 xalla 2-ci pillədə
qərarılaşır. “Əl-Vehda” 32 xalla 12-cidir.

Source link