Portuqaliyalı futbolçu Kriştianu Ronaldu İtaliyada mükafatlandırılıb.
ÇıxışYolu.Com xəbər verir ki, o, A Seriyasında 2019-cu ilin ən yaxşı oyunçusu seçilib.
O, eyni zamanda, ölkə çempionatının ən yaxşı hücumçuları arasında yer alıb. Digər nominasiyalarda aşağıda adları qeyd olunanlar qalib olub.
Ən yaxşı hücumçular: Kriştianu Ronaldu (“Yuventus”), Duvan Sapata (“Atalanta”) və Fabio Kvalyarella (“Sampdorya”);
Ən yaxşı yarımmüdafiəçilər: Miralem Pyaniç (“Yuventus”), Yosip İliçiç (“Atalanta”) və Nikolo Barella (“Kalyari”/“İnter”);
Ən yaxşı müdafiəçilər: Joau Kanselu, Corco Kyellini (hər ikisi “Yuventus”), Kalidu Kulibali (“Napoli”) və Aleksandar Kolarov (“Roma”);
Ən yaxşı qapıçı: Samir Handanoviç (“İnter”);
Ən yaxşı komanda: (“Atalanta”);
Ən yaxşı məşqçi: Can Pyero Qasperini (“Atalanta”);
Ən yaxşı arbitr: Canluka Rokki
Ən yaxşı gənc oyunçu: Sandro Tonali (“Breşa”).