a934a9c6-dcc4-4765-adf5-b7e9add2da1d..jpg

Ronaldu komandasını dəyişə bilər

Baxış sayı: 464 dəfə baxılıb.

Ronaldu komandasını dəyişə bilər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İnter Mayami”nin prezidenti Devid Bekhem “Ən-Nəsr”in hücumçusu Kriştiano
Ronaldonu ABŞ klubuna transfer etmək imkanlarını araşdırır.

Qeyd olunur ki, Bekhem Ronaldu və argentinalı hücumçu Lionel Messini bir
klubda birləşdirmək fikrini çox bəyənir.

Xatırladaq ki, 2022-ci ilin payızında Ronaldu “Mançester Yunayted”də çıxış
edəndə KİV Bekhemin artıq portuqaliyalı hücumçu ilə danışıqlar apardığını
yazmışdı.

Bu mövsüm Ronaldu bütün turnirlərdə 40 matçda iştirak edib, 41 qol vurub, 12
məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin
yayına kimi qüvvədədir. Məlumata görə, futbolçunun bazar dəyəri 15 milyon
avrodur.

Mənbə: championat.com

Source link