Litva yığması futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində öz meydanında Portuqaliya millisinə böyük hesabla məğlub olub – 5:1.
ÇıxışYolu.Com xəbər verir ki, qollardan 4-nü “Yuventus”un hücumçusu Kriştianu Ronaldu vurub.
34 yaşlı portuqaliyalının ikinci qolu gözlənilməz alınıb: hücumçunun qeyri dəqiq vuruşundan sonra top qolkiperin başından rikoşet edərək qapıdan keçib.
Ronaldu Portuqaliya millisinin heyətində 160-cı oyununu keçirib və 93 qola imza atıb. Ona iranlı Əli Dainin dünya rekorduna çatmağa 16 top qalıb.