Ronaldu öz fiziki formasının sirrini açıqladı

Baxış sayı: 2. 553 dəfə baxılıb.

Ronaldu öz fiziki formasının sirrini açıqladı

34 yaşlı portuqaliyalı hücumçu Kriştianu Ronaldu öz kondisiyalarından danışıb.

ÇıxışYolu.Com-ın məlumatına əsasən, bu barədə futbolçu UEFA-nın rəsmi saytına müsahibəsində bildirib.

“Bütün məsələ hazırlıqdadır – bu, mənim əmək etikamdır. 34 yaşında olmağıma baxmayaraq, mən özümü hələ də yaxşı hiss edirəm. Ən əsası sənin beynindir. Vacib olan məsələlərdən biri də özünü motivasiyalı və xoşbəxt  hiss etmək, qoyduğun məqsədə doğru getməkdir. Düşünürəm ki, futbol meydançasında deyiləsi sözüm hələ çoxdur”, – deyə Ronaldu bildirib.

O qeyd edib ki, milli yığmanın futbolkasını geyinməkdən həmişə qürur hissi duyur.