1d1e1b2b-8e8f-49cf-a53e-fcc62ae91d5d..jpg

Ronaldu Özbəkistana salam göndərdi – VİDEO

Baxış sayı: 1. 190 dəfə baxılıb.

Ronaldu Özbəkistana salam göndərdi – VİDEO

Portuqaliya futbolçu Kriştianu Ronaldunun “Əl-Nasr”da komanda yoldaşı olan
özbəkistanlı futbolçu Djaloliddin Maşaripovla səmimi videosu yayılıb.

Videoda Kriştianu Ronaldu Özbəkistana salam göndərərək “Salam Aleykum,
Özbəkistan” söyləyir.

Görüntülər Özbəkistanda qısa müddət ərzində çoxlu baxış sayı qazanıb.

Məlumat üçün əlavə edək ki, özbəkistanlı yarımmüdafiəçi Djaloliddin Maşaripov
2021-ci ildən etibarən Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunun formasını
geyinir.

Djaloliddin Maşaripov Daşkəndin “Paxtakor” klubunun yetirməsidir.

Mənbə: Sports.ru


Source link