“Yuventus”un hücumçusu Kriştianu Ronaldu klub rəhbərliyindən özü və ailəsini mühafizəçilərlə təmin etməyi xahiş edib.
ÇıxışYolu.Com “Football Italia” nəşrinə istinadən verdiyi məlumata görə, futbolçu Turindəki villasının qorunması yetərli səviyyədə deyil.
Cangüdənlərdən biri Ronaldunun evini, biri ailəsini, digərisi isə futbolçunun özünü mühafizə edəcək.
Qeyd olunur ki, Ronaldunun narahatlığı “Kyevo” – “Yuventus” oyunu öncə təhlükəsizlik tədbirlərinin təmin edilməsinə antiterror bölmənin əməkdaşları cəlb olunub.