“Yuventus”un hücumçusu Kriştianu Ronaldu “The Sun” qəzetinə müsahibəsində maliyyə imkanları və şəxsi maşınları haqqında danışıb.
“Mənim maliyyə durumum yarım milyard dollara çatırmı? Düşünürəm ki elədir. 100% əminliklə dəqiq məbləği deyə bilmərəm, amma mənim bank hesabımda yaxşı pullar var”, – deyə Ronaldu bildirib.
Onun sözlərinə görə, maşınlarının sayı 17-yə çatıb:
“Sürməyi ən çox xoşladığım “Rolls Roys”dur. Hərəsindən iki dənə “Bugatti”, “Ferrari” və “McLaren”ım da var”.
34 yaşlı portuqaliyalının “Yuventus”da maaşı ildə 31 milyon avro (59 milyon manat) təşkil edir.