e7f237a3-9c48-43c6-922e-623e7c1ac9dc..jpg

Ronaldu qol vurdu, “Əl-Nəsr” qalib gəldi – VİDEO

Baxış sayı: 504 dəfə baxılıb.

Ronaldu qol vurdu, “Əl-Nəsr” qalib gəldi – VİDEO

Səudiyyə Ərəbistanı çempionatında 8-ci turun oyunları keçirilir.

Cixisyolu.com xəbər verir ki, məşhur futbolçu Kriştianu Ronaldunun da formasını
geyindiyi ”Əl-Nəsr” səfərdə “Əl-Tai” ilə qarşılaşıb.

Matç “Əl-Nəsr”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

32-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Anderson Taliska fərqlənib. Qol
ötürməsini Ronaldu verib. 79-cu dəqiqədə “Əl-Tai”nin yarımmüdafiəçisi Virgil
Misidyan hesabı bərabərləşdirib. Ronaldu 87-ci dəqiqədə penaltini dəqiq yerinə
yetirərək “Əl-Nəsr”ə qələbə qazandırıb.

“Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində 3-cü yerdədir.
Komanda 8 görüşdən sonra 16 xal toplayıb. “Əl-Tai” yeddi xalla 12-cidir.
“Əl-İttihad” 19 xalla liderdir.


Source link