Portuqaliyalı hücumçu Kriştianu Ronaldu İspaniyanın “Real” klubunda bir şərtlə, ilə 80 milyon avro qazanacağı təqdirdə qala bilər.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə Corriere dello Sport nəşri yazır.
İtaliya nəşrinin versiyasına əsasən, Ronaldu klub rəhbərliyi 2021-ci ilə qədər nəzərdə tutulan müqaviləyə yenidən baxacağı təqdirdə Madrid klubuna sadiqliyi saxlaya bilər. Müqaviləyə görə hücumçu ilə 21 milyon avro alır.
Bildirilir ki, Ronaldu agenti Jorje Mendeş vasitəsi ilə “Real” prezidenti Florentino Peresdən əmək haqqının bir ilə 80 milyon avroya qədər qaldırılmasını istəyib.
Xatırladaq ki, mayın 30-da Fransanın PSJ klubu Ronalduya illik 45 milyon avroluq müqavilə təklif edib.
33 yaşlı portuqaliyalı komanda yoldaşlarına klubu tərk etməyə hazır olduğunu bildirib.