Ronaldu Səudiyyə Ərəbistanı hotelində 17 otaq kirayələyib
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldu
ölkədəki lüks hoteldə eyni anda 17 otaq icarəyə götürüb.
Qeyd olunur ki, portuqaliyalı ailəsi və mühafizəçiləri ilə birlikdə hotelə
daxil olub. Futbolçunun hotelə ödədiyi məbləğ hələlik məlum deyil.
Hotelin saytında bir gecəlik otağının qiymətinin təxminən 3,5 min dollar
olduğu bildirilir.
Mənbə: gazeta.ru