Ronaldu superqəhrəman oldu – FOTO

Ronaldu superqəhrəman oldu – FOTO

Baxış sayı: 3. 073 dəfə baxılıb.

Madridin “Real” klubunun hücumçusu Kriştianu Ronaldu yeni hind cizgi filminin baş qəhrəmanına çevrilib.

ÇıxışYolu.Com xəbər verir ki, Ronaldu müxtəlif animasiya məhsulları o cümlədən komikslər, oyunlar və rəqəmsal kontentin hazırlanması ilə bağlı layihələrdə iştirak edəcək.

“Kriştianu Ronaldu öz səyləri, zəhmətkeşliyi və möhtəşəm oyunu ilə dünyada milyonlarla insanı ilhamlandırır. O indiki nəslin real superqəhrəmanıdır”, – deyə şirkətin rəhbəri Şarad Cevarajan bildirib.

Futbolçu özü də layihədə iştirakını şərh edib.

“Mən həmişə superqəhrəmanların fanatı olmuşam və böyük məmnuniyyətlə yeni animasiya serialının istehsalında iştirak edəcəyəm.

Mənə elə gəlir ki, futbol dünyanın müxtəlif mədəniyyətləri və insanlarını birləşdirdiyi kimi, animasiya personajları və qəhrəmanları da buna nail olur.”, – deyə portuqal forvard bildirib.

.
www.ÇıxışYolu.Com