Ronaldunun bacısı: Qardaşımı məhv etmək istəyirlər

Baxış sayı: 2. 867 dəfə baxılıb.

Ronaldunun bacısı: Qardaşımı məhv etmək istəyirlər

İtaliyanın “Yuventus” futbol klubunun hücumçusu Kriştianu Ronaldunun bacısı Katya Aveyru “Instagram” hesabında qardaşının Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İspaniyanın “Valensiya” klubuna qarşı keçirilən qoyunda qırmızı vərəqə alaraq, meydandan qovulmasına münasibət bildirib. 

ÇıxışYolu.Com bununla bağlı Lenta.ru-ya istinadla xəbər verib. 

“Bizim futbolumuza görə utanıram. İnanıram ki, ədalət yerini tutacaq. Onlar qardaşımı məhv etmək istəyirlər. Onlar onun göz yaşlarına görə cavab verəcəklər”, – Aveyru yazıb. 


Dünən “Valensiya”ya qarşı keçirilən oyunda Ronaldu qırmızı vərəqə alıb. Hakim Feliks Brix portuqaliyalını matçın 29-cu dəqiqəsində meydançadan kənarlaşdırıb.

Hakim hesab edib ki, Ronaldu meydan sahiblərinin müdafiəçisi Ceyson Murilonu üzündən vurub. Kriştianu meydançanı göz yaşları içərisində tərk edib. 

Bu, 33 yaşlı futbolçunun karyerasında Çempionlar Liqası oyununda ilk qırmızı vərəqə olub. Ronaldu oktyabrın 2-də “Young Boys”a qarşı keçiriləcək növbəti oyunu buraxmalı olacaq. 

Qeyd edək ki, “Yuventus” azlıqda olmasına baxmayaraq, “Valensiya”nı 2:0 hesabı ilə məğlub edib. 

www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!

.

.