7de0b88d-75bc-46a0-9c89-cb8981431e7e..jpg

Ronaldunun oğlu “Ən-Nəsr”lə müqavilə imzalayıb

Baxış sayı: 422 dəfə baxılıb.

Ronaldunun oğlu “Ən-Nəsr”lə müqavilə imzalayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kriştianu Ronaldunun eyniadlı oğlu “Ən-Nəsr” Akademiyasına daxil olub.

13 yaşlı kiçik Ronaldu klubun U13 və U15 komandalarına daxil edilib. O, atası
kimi 7 nömrəli köynək geyinəcək.

Oğul Kriştianunun oktyabrın 20-də “Ən-Nəsr”in U13 komandası ilə ilk oyununu
keçirəcəyi gözlənilir.

Qeyd edək ki, kiçik Ronaldu futbolçu karyerasına İspaniyanın “Pozuelo”
klubunda başlayıb və burada iki il ərzində 55 qol vurub. Daha sonra atası ilə
birlikdə Turin “Yuventus”una keçib. Orada 28 oyunda 58 qol vurub, 18 məhsuldar
ötürmə edib. Yeniyetmənin son klubu İngiltərənin “Mançester Yunayted”i olub.

Mənbə: championat.com

Source link