1efe7ad2-d03b-4ba0-87d0-931d7621464c..jpg

Ronaldunun pokeri “Əl Nəsr”i liderliyə yüksəltdi – VİDEO

Baxış sayı: 780 dəfə baxılıb.

Ronaldunun pokeri “Əl Nəsr”i liderliyə yüksəltdi – VİDEO

Səudiyyə Ərəbistanı çempionatının növbəti turunda “Əl Nəsr” səfərdə “Əl Vəhda”
ilə qarşılaşıb.

Qonaq komanda hücumçusu Kriştianu Ronaldunun sayəsində ev sahibi klubu
darmadağın edib.

Belə ki, kapitan sarğısı ilə meydana start heyətində çıxan 38 yaşlı
portuqaliyalı matçda 4 qol (21, 40, 51 penaltidən, 61-ci dəqiqələrdə) vuraraq
komandasına 3 xalı qazandırıb – 4:0. Bu qələbə sayəsində “Əl Nəsr” turnir
cədvəlində liderliyə yüksəlib.

Qeyd edək ki, sonuncu dəfə Ronaldu 2019-cu ildə Litva millisinə qarşı oyunda 4
qol vurub.


Source link