window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Turinin “Yuventus” klubu İtaliya çempionatının 15-ci turunun oyununda “Latsio”ya məğlub olub.
Görüş Roma klubunun 3:1 hesabı ilə qələbəsilə başa çatıb. Qeyd edək ki, turinlilər üçün bu, mövsümdə ilk məğlubiyyətdir.
Oyunda hesabı 25-ci dəqiqədə qol vurmaqla Kriştianu Ronaldu açıb. Lakin oyunun birinci hissəsinə əlavə olunmuş dəqiqədə (45+1) Luise Filipe rəqib qapısından top keçirməklə hesabı bərabərləşdirib. Qalib komandada Sergey Milinkoviç-Saviç (74) və Filipe Kaysedo (90+5) da fərqləniblər.
Oyunun gedişatı zamanı “Latsio” penalti də vurmuşdu, lakin Çiro İmmobile 11 metrlik zərbənin öhdəsindən gələ bilməmişdi.