e827a243-e3db-49cc-9886-84dac840b4c7..jpg

Ronaldunun yeni klubunun oyunu təxirə salındı

Baxış sayı: 4. 115 dəfə baxılıb.

Ronaldunun yeni klubunun oyunu təxirə salındı

Futbol üzrə Səudiyyə Ərəbistanı çempionatının 12-ci turunun yanvarın 5-də
Ər-Riyadda keçirilməli olan “Əl-Nəsr” – “Əl-Tai” matçı yanvarın 6-na təxirə
salınıb.

Bu barədə çempionatın mətbuat xidməti məlumat yayıb.

Qərar güclü yağış nəticəsində ev sahibinin stadionunda elektrik enerjisinin
kəsilməsi ilə əlaqədardır.

Qarşılaşma cümə günü Bakı vaxtı ilə saat 19:00-da baş tutacaq.

Qeyd edək ki, dekabrın 31-də “Əl-Nəsr” portuqaliyalı hücumçu Kriştianu
Ronaldonun transferini elan edib, yanvarın 4-də isə futbolçu komanda ilə ilk
məşqinə çıxıb.

Mənbə: TASS

Source link