2a10296e-e4cd-45e6-bfb8-d9c955082d10..jpg

Ronalduya qarşı yeni zorlama işi açılıb

Baxış sayı: 576 dəfə baxılıb.

Ronalduya qarşı yeni zorlama işi açılıb

Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun hücumçusu Kriştianu Ronalduya qarşı
cinsi zorakılıq faktı ilə bağlı yeni iddia qaldırılıb.

Məlumata görə, amerikalı model Ketrin Mayorqinin vəkilləri ABŞ Apellyasiya
Məhkəməsindən 2018-ci ildə qaldırılan iddianın təzələnməsini istəyiblər.
2022-ci ilin iyununda qadının vəkili Lesli Mark Stovall proses zamanı
oğurlanmış məxfi sənədlərdən istifadə etdiyi üçün iddia rədd edilib.

2018-ci ildə Mayorqi futbolçunun 9 il öncə (2009-cu ildə) Las-Veqasda ona
təcavüz etdiyini deyib. Hadisədən sonra Ronaldonun xanıma susması üçün 375 min
dollar ödədiyi iddia edilir. İdmançı özü aralarında yaxınlıq olduğunu etiraf
etsə də, zorlama faktını təkzib edib.

Mənbə: snob.ru

Source link