68042925-c1c1-44c3-a1bd-932f6b7129a8..jpg

Rövnəq Abdullayev: “Kral öldü, yaşasın yeni Kral”

Baxış sayı: 516 dəfə baxılıb.

Rövnəq Abdullayev: “Kral öldü, yaşasın yeni Kral”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Futbola gəldiyim üçün peşmanlıq keçirmirəm”.

“Report”un məlumatına görə, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev milli
assosiasiyanın növbəti konfransında deyib.

O, 20 ildir futbol cameəsində olduğunu xatırladıb:

“Pünik” üzərində qələbəni yaxşı xatırlayıram. 2006-cı ildə isə Ermənistan
çempionu bizimlə oynamaqdan qaçdı. Bunlar sevindirici məqamlardır. Təbii ki,
kədərli anlar da olub. Hər bir sevindirici anlar boş yerə çalışmadığımı
göstərir. Futbola dəstəyinə görə ən böyük pay Prezidentİlham Əliyevindir. Onun
diqqəti sayəsində klublarımız sabit çıxış edirlər, heç bir maliyyə problemi
yaşamırlar. Sponsorlar tapmağa çalışırıq. Ancaq sponsorsuz klub belə Premyer
Liqada uğurlu çıxış edə bilir. Çempionat elə güclü səviyyədə keçir ki, artıq
millimiz də yaxşı çıxış edəcək”.

Rövnəq Abdullayev FIFA və UEFA rəhbərlərinə də təşəkkürünü bildirib:

“Canni İnfantinoya və Aleksander Çeferinə təşəkkürümü bildirirəm. Onlar daim
Azərbaycan futbolunun inkişafı üçün dəstəklərini veriblər. Onların bundan sonra
da Azərbaycan futboluna dəstəklərini əsirgəməyəcəklərinə inanıram”.

O, sonda AFFA kollektivinə təşəkkürünü bildirib:

“Haqqınızı halal edin, hər şeyə görə çox sağ olun. Artıq futbola azarkeşlik
edə bilərəm. Necə deyərlər, Kral öldü, yaşasın yeni Kral”.

Source link