Röya Aygünə söz atdı: Allah məni o günə salmasın

Röya Aygünə söz atdı: Allah məni o günə salmasın

Baxış sayı: 3. 999 dəfə baxılıb.

Əməkdar artist Röya Ayxan və Xalq artisti Aygün Kazımova arasındakı qalmaqal böyüyür.

ÇıxışYolu.Com xəbər verir ki, Röya ötən gün ona doğru barışıq addımı atan Aygünə yenə söz atıb:

“Heç kim və heç nə mənim konsert havamı poza bilməz. Niyə? Çünki mən keçmişlə qurdalanmıram. Hər günümdə bir yenilik var. Çox şükür ki, övladam, dostam, müdirəm, bacıyam, baldızam və övladının hər bir gününü gözdən qaçırmayan anayam.

Xoşbəxtəm, çünki əzmirəm, əzilmirəm. Ayağımın altında qalanlar isə yaşıl işıqda önümdən keçənlərdir. Allah məni o günə salmasın”.

Qeyd edək ki, Kazımova “Instagram”da 2002-ci ildə Heydər Əliyev adına sarayda keçirilən “Gələrsiniz, görərsiniz” konsertindən görüntülər yayımlamışdı. O, küsülü olduğu əməkdar artist Röya Ayxanı da işarələyərək “Yaxşı ki, varıq” şərhini yazmışdı.

.
www.ÇıxışYolu.Com