bfd206bd-960e-4528-8bc7-dddf937737cd..jpg

Röya Ayxan: “Aygün Bəylər xətrimə dəymişdi” – VİDEO

Baxış sayı: 510 dəfə baxılıb.

Röya Ayxan: “Aygün Bəylər xətrimə dəymişdi” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən Aygün Bəyləri çox dərindən tanımırdım”.

Bu sözləri Xalq artisti Röya Ayxan mərhum Əməkdar artist Aygün Bəylər haqqında
danışarkən deyib.

“Bu haqda çox danışmaq istəmirəm. O, adam mənim xətrimə dəymişdi, ondan
küsmüşdüm. Amma bu hadisədən sonra başa düşdüm ki, çox az ömrümüz var. Sabah nə
olacağını bilmək olmaz. Ona görə nə könül qıraq, nə də kiminsə pis enerjisini
içimizdə daşıyaq. Mən çox istəyərdim ki, o çox yaşasın. Çünki onun balası var”.

Xatırladaq ki, illər öncə Xalq artisti Röya Ayxan ilə Əməkdar artisti Aygün
Bəylər arasında qalmaqal yaşanmışdı. Aygün Bəylər efirdə Röya Ayxanı təhqir
etmişdi. Röya Ayxan bu səbəbdən onu məhkəməyə vermişdi.

Qeyd edək ki, Əməkdar artist Aygün Bəylər uzun sürən xəstəlikdən sonra yanvar
ayının 7-si, gecə saatlarında Ankarada müalicə aldığı xəstəxanada vəfat edib.


Source link