24153330-1edd-46db-8ca0-403c942875ce..jpg

Röya Ayxan dulusçuluq sahəsində bacarığını sınadı – FOTO

Baxış sayı: 611 dəfə baxılıb.

Röya Ayxan dulusçuluq sahəsində bacarığını sınadı – FOTO

Tanınmış müğənni, xalq artisti Röya Ayxan Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin
qonağı olub.

Qurumdan verilən məlumata görə, mərkəzlə tanışlıq zamanı qonaq yaradıcılıq
studiyalarındakı təlim prosesi ilə maraqlanıb, dulusçuluq sahəsində bacarığını
sınayıb.

Mərkəzdə təlim alan həssas əhali qruplarına aid şəxslərin hazırladıqları əl
işləri və yaradıcılıq mühiti qonaqda xoş təəssürat yaradıb.

Musiqi studiyasında Mərkəz üzvlərinin çıxışlarını dinləyən ifaçı onlara
qoşulub.

Xalq artisti benefisiarlarla birlikdə Mərkəzin estrada ansamblının müşaiyəti
ilə repertuarından sevilən mahnıları canlı ifa edib.

Source link