ffacef9c-316e-4cfa-9f34-0ae1b5578011..jpg

Röya Ayxan: “Masadan az adam qovmamışam” – FOTO/VİDEO

Baxış sayı: 620 dəfə baxılıb.

Röya Ayxan: “Masadan az adam qovmamışam” – FOTO/VİDEO

“Mən masadan az adam qovmamışam. Demişəm ki, “dur, tərk et buranı! Xoşuma
gəlmirsən!”

Bu sözləri Xalq artisti Röya Ayxan Olay.az-ın suallarını cavablandırarkən
deyib.

Gənc müğənni Nuranın klip təqdimatına qatılan Xalq artisti şou-biznesdə
karyera qurmaq üçün dəstəyin vacibliyini vurğulayıb:

“Tək öz adıma danışmayacağam, ümumiyyətlə, xalq olaraq hər kəsin yanında olan
adamlarıq. Bəlkə, birini sevmərik deyə yanında olmarıq, amma mütləq dostumuza
dəstək olacağıq. Ümumiyyətlə, bir-birimizin yanında olmaq üçün yaranmışıq. Ona
görə də, düşünürəm ki, bu, təsadüf deyil! Mən Nurana qismət olmuşam, o da mənə.
Sizə isə başqası qismət olar. İnsanın həyatında dəstəksiz mümkün deyil. Səni
kiminsə dəstəkləməyi mütləq lazımdır. Məni hər zaman irəli aparan birinci Vaqif
Gərayzadə, sonra isə Xalq artistləri olublar”.

Estrada ulduzu deyir ki, indiyə qədər onu mahnı oxumağa ən çox muğam ifaçıları
təşviq edib:

“Məni həmişə muğam oxuyan Xalq artistləri tərifləyiblər. Bu da məni daha uca,
daha gözəl bir yerə qaldırıb. Əgər, mən bunu görmüşəmsə, onu da paylaşmalıyam”.

Dost seçimində diqqətli olduğunu deyən sənətçi hər kəslə yaxın olmadığını da
dilə gətirib:

“Paxıl adama yaxşılıq eləmərəm. Kompleksi olan insanlarla isə, ümumiyyətlə,
dostluq etmirəm. Əgər elədirsə, deməli, onunla bütün problemlərimi bölüşə
bilmərəm. Mən səhv etsəm, üzr də istəyə bilirəm. Bir insan ki, bağışlanmağı
dilinə gətirir, deməli, yanlışını bilir”.

Kompleksi olan insanları görməyə gözü olmayan Röya Ayxan həmin insanları bir
baxışından tanıdığını deyir:

“Bir gün dostlarım haqqımda film çəksələr, mütləq desinlər. Mən masadan az
adam qovmamışam. Demişəm ki, “dur, tərk et buranı! Xoşuma gəlmirsən!” Hiss
edirəm ki, bu adam bizimlə biz deyil, vəssalam! Sünilik sakit durmaq deyil,
əsla! Həyat mənə bunu öyrətdi ki, insan sakit də ola bilər, hamı sənin kimi
çılğın ola bilməz ki, ay Röya!”

Tədbirə axsayaraq gələn müğənninin halı diqqətdən yayınmayıb. Bunun səbəbi isə
ifaçının ayağının sarğıda olması imiş:

“İstirahətə getmişdim, istədim video çəkim. Guya ki, kameraya təpik
vuracaqdım, bir ayağımı qaldıranda o biri burxuldu. Bu gün ilk dəfə Nurana görə
ayaqqabı geyinmişəm. Bir ayaqqabım 38, digəri isə 40 ölçüdədir. Ayın 8-də
demişdim ki, gələcəyəm, gördüm alınmır, ondan sonra 10-nu dedim. Əgər, “bu gün
də gələ bilmirəm”, – desəydim, ayıb olardı”.

Dubay istirahətindən yenicə qayıdan ulduz yeni işlərinin də müjdəsini verib:

“Gözləyin uşaqlar, çox möhtəşəm işlər gəlir. Deməyəcəyəm, yox! Allahın izni
ilə çox gözəl olacaq. Tanrı hər kəsin işini avand eləsin. Dubay çox gözəldir,
hamı dəniz geyimində gəzir”.


Source link