6e4d7287-6e2e-42f3-a905-ba39f2340322..jpg

Röya Ayxan “Qarabağ” – “Bayer” oyunundan DANIŞDI

Baxış sayı: 549 dəfə baxılıb.

Röya Ayxan “Qarabağ” – “Bayer” oyunundan DANIŞDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”ın “Bayer 04” ilə oyunda yenidən bizə sevinc yaşadacağına inanıram”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Xalq artisti Röya Ayxan “Qarabağ”
komandasının UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu
çərçivəsində Bakıda Almaniya “Bayer 04”ünə qarşı keçirəcəyi görüşlə bağlı
danışarkən deyib.

Əslən Ağdam rayonundan olan Xalq artisti doğma yurdunun komandasına inandığını
bildirib:

“Qarabağ” böyük sınaqlardan çıxıb, mübarizə aparıb və hər zaman bizi
sevindirib. Bu klub üçün sevinc göz yaşları axıtmışıq, səsimiz batanadək
“Qarabağ” deyib bağırmışıq. Qurban Qurbanovun kollektivinin yenidən bizə bu
xoşbəxtliyi yaşadacağına inanıram. Bu komandaya qələbə yaraşır. Düzünü desəm,
rəqib haqqında geniş informasiyaya sahib deyiləm. Dostlarımla və ailəmlə böyük
oyunları izləyirik. Lakin “köhlən atlar”ın matçları tam fərqli olur. Doğma
torpağımın təmsilçisinə uğurlar arzulayıram”.

Qeyd edək ki, “Qarabağ” “Bayer 04”ü bu gün saat 21:45-də Tofiq Bəhramov adına
Respublika Stadionunda qəbul edəcək. Komandalar arasında cavab qarşılaşması isə
martın 14-də Almaniyada baş tutacaq.

Source link