Röya Ayxandan keçmiş həyat yoldaşı ilə bağlı AÇIQLAMA: “Xoşbəxtik…” –
YENİLƏNİB + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Xalq artisti Röya Ayxan keçmiş əri Anar Cəlilov ilə bağlı paylaşdığı videoya
açıqlama gətirib.
Cixisyolu.com xəbər verir ki, sənətçi paylaşımı mərhum sənətçi Rəhim Rəhimlinin
xatirəsinə həsr etdiyini bildirib.
“Rəhim Rəhimlinin də yer aldığı görüntünü onun xatirəsi ilə bağlı paylaşdıq,
hərə bir tərəfə yozdu. Əzizlərim, biz oğlumuzu sevirik və dost qalmışıq. Bir
sözlə, nə barışıq? Hər birimiz xoşbəxtik amma öz evlərimizdə”, – deyə, o qeyd
edib.
10:06
Xalq artisti Röya Ayxan keçmiş həyat yoldaşı Anar Cəlilovla arxiv
görüntülərini paylaşıb.
Cixisyolu.com xəbər verir ki, müğənni “Instagram” hesabında paylaşdığı videoya “köhnə
xatirələr” qeydini əlavə edib.
Bu görüntülər ağıllarda cütlüyün barışması ilə bağlı suallar doğurub.
Qeyd edək ki, cütlük 2008-ci ildə evlənib, onların bu evlilikdən Hüseyn adlı
bir oğulları var. Röya Ayxan və Anar Cəlilov 2014-cü ildə boşanıblar.
Bu gönderiyi Instagram’da gör
Bu gönderiyi Instagram’da gör
Cixisyolu.com (@oxuaz)’in paylaştığı bir gönderi