Röya “baltaladığı” məşhurla barışdı – FOTO

Röya “baltaladığı” məşhurla barışdı – FOTO

Baxış sayı: 3. 540 dəfə baxılıb.

Şou-biznesdə daha bir barışıq baş tutub.

ÇıxışYolu.Com xəbər verir ki, budəfəki sülh bayrağı isə Əməkdar artistlər Röya Ayxan və Lalə Məmmədova cəbhəsindən qalxıb.

Belə ki, Məmmədova “Instagram” hesabında Röya və Elnarə Xəlilova olan fotosunu paylaşaraq “Necə də maraqla başımızı aşağı salıb baxırıq. Elnarə, bizə nə göstərirdin? Ağzıaçıq qalmışıq, konserti də unutmuşuq” sözlərini yazıb.

Onun bu paylaşımını Röya da, Elnarə də cavabsız qoymayıb. 

Röya “baltaladığı” məşhurla barışdı – FOTO

Xəlilova fotonun harada çəkildiyini bilmədiyini desə də, Röya zarafatla şəklin subay vaxtında çəkildiyini bildirib:

“Saç düzümümdən bilinir ki, hələ ərdə deyildim”.

Paylaşıma xeyli şərh yazılıb. Daha sonra Lalə Məmmədova paylaşımına bu sözləri də əlavə edib:

“Çox sözlər söylənə bilər, amma bu küsmək düşmənçilik anlamına gəlmir”.

Röya “baltaladığı” məşhurla barışdı – FOTO

Qeyd edək ki, məşhurlar arasında qalmaqala “Qonaq gəl bizə” verilişində Lalə Məmmədovanın R.Ayxanla bağlı dediyi “Röyaya deyirəm ki, gəl, başqa janrda oxu. Onun da günahı yoxdur, bəstəkarlar eyni tərzdə mahnılar təqdim edir. Onun səsi ilə daha çox və maraqlı işlər etmək olar” sözləri səbəb olmuşdu.

Röya “baltaladığı” məşhurla barışdı – FOTO

Röya isə ona sərt cavab vermişdi:

“Müğənninin bir tərzi olar. Kim deyir ki, üzünə demişəm, janrını dəyiş, yalan danışır. Qorxularından bunu üzümə heç vaxt deyə bilməzlər, baltalayaram”.

Röya “baltaladığı” məşhurla barışdı – FOTO

 

.
www.ÇıxışYolu.Com