Əməkdar artist Röya Ayxan yenidən Türkiyə xəbər agentliklərinin manşetlərini bəzəyib.
ÇıxışYolu.Com xəbər verir ki, ötən günlərdə Bakıda gerçəkləşən “Dosso Dossi Fashion Show” moda layihəsindən yazan “Sabah”, “Hürriyet” kimi xəbər agentlikləri ifaçının gecəyə damğa vurduğunu yazıb.
Bildirilir ki, Röya “Enerji Club”dakı qırmızı geyimi ilə diqqət çəkib. “Azərbaycan üsulu final” adlandırılan gecənin xeyli bəyənilməsi də yazılar arasında yer alıb.
Əməkdar artistin bu layihədə iştirak etməsindən məmnunluq duyması da xəbərlərdə öz əksini tapıb.
Qeyd edək ki, müğənni yaxın günlərdə daha bir konsert verməyə hazırlaşır. O, 5 may tarixində Bakı Konqres Mərkəzinin səhnəsində öz mahnılarını ifa edəcək.