fe2ba487-1624-4587-9c23-d7993b2b3e77.jpg

Röya məşhur yarışmada münsif olacaq

Baxış sayı: 105 dəfə baxılıb.

“Səs Azərbaycan” layihəsinin münsiflər heyəti yenilənib.

Cixisyolu.com xəbər verir ki, bu barədə İctimai Televiziya və Radio Yayımları şirkəti
məlumat paylaşıb.

Bildirilib ki, ustadlar siyahısında Xalq artistləri, Röya və Zülfiyyə
Xanbabayeva, o cümlədən, “Avroviziya 2011” mahnı müsabiqəsinin qalibi Eldar
Qasımov və bəstəkar-müğənni Murad Arif yer alacaq.

Xatırladaq ki, ötən il yarışmanın münsiflər heyəti ilə bağlı təzadlı fikirlər
səsləndirilirdi.

Onu da deyək ki, Zülfiyyə Xanbabayeva, Eldar Qasımov və Murad Arif yarışmada
bir neçə dəfə münsiflər heyətində çıxış etsələr də, bu, Röya Ayxanın səs
müsabiqəsindəki ilk sezonu olacaq.

Qeyd edək ki, “The Voice” dünyanın bir çox ölkəsində yayımlanan vokal
televiziya şousudur. Bu formatda ilk televiziya şousu holland prodüseri Con de
Mol tərəfindən yaradılmış və 2010-cu ildə Hollandiya televiziyasında nümayiş
etdirilən Hollandiyanın səsi olmuşdur.

Source link