Röya: “Oğlum məni sadəcə ana kimi sevir…” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Oğluma güclə deyirəm ki, xahiş edirəm, yanımda ol və s. Bəlkə də yaşadığı və
gördüyü mühit, oxuduğu yer onu məndən bir az ayırır, amma bir gün bütün
əziyyətlərimi anlayacaq”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan televiziya
verilişlərindən birində deyib.
Müğənninin sözlərinə görə, oğlu Hüseynin qulaq asdığı mahnılar da başqadır:
“Məni dinləyib-dinləmədiyini bilmirəm. Hər il bir mahnı deyir, başa düşmürəm.
Məncə, o məni aldadır. O məni sadəcə ana kimi sevir”.