Çalışacam ki, “azəri” sözünü aradan götürüm.
Bu sözü ÇıxışYolu.Com-a açıqlamasında Əməkdar artist Röya Ayxan deyib.
Tədbirlərin birində görüntülənən ifaçı Türkiyədəki yeni işləri ilə bağlı məlumat verib:
“Yıldız Tilbeni gözləyirdim. Bilsəydim ki, belə uzun çəkəcək, bir mahnı təqdim edərdim. Əflatundan (türkiyəli bəstəkar – red.) mahnımız var idi. Bakıdan da alıb, türk dilində hazırladığımız mahnılar, həmçinin Gülşən də mahnı hazırlayırdı.
Oradakı işlərimi yavaş-yavaş edirəm. Pul tökmürəm. Ümumiyyətlə, bu sənətdə gərək nə səni “tapşırsınlar”, nə də ki, pul tökəsən. Öz vətənimdə mənə qəşəng baxmısınız. Səhvlərimlə, düzlərimlə qəbul etmisiniz.
Türkiyədə həmin səhvləri etmirəm. Orada mənə deyirlər ki, sən pul qazanmaq istəmirsən. Deyirsən ki, onu istəmirəm, bunu istəmirəm. Heç yerə getmirsən. Bəs niyə bunları edirsən? Onlara deyirəm ki, mən “Azərbaycan” deyiləndə yada düşmək istəyirəm”.
Qeyd edək ki, Ayxanın yeni mahnısı – “Ummadığım anda” 17 mayda təqdim olunacaq. Sənətçi “Yıldız Tilbenin yıldızlı şarkıları” adlı albomda yer alan mahnıya klip də çəkdirib.
Onu da bildirək ki, sözügedən albomda Röya ilə bərabər Gülşen, Edis, Demet Akalın, Sibel Can, Serdar Ortaç, Hande Yener, Zerrin Özer və başqa məşhurlar Yıldız Tilbenin hit olmuş mahnılarını ifa edib.
.
FOTO: Sadiq Fərzəlibəy
www.ÇıxışYolu.Com