8dca3237-ec71-46c7-b37b-0740d10e19bd..jpg

Röyaya qarşı dələduzluq edən restorandan açıqlama: “Burada nə var ki?..” – YENİLƏNİB + VİDEO

Baxış sayı: 2. 758 dəfə baxılıb.

Röyaya qarşı dələduzluq edən restorandan açıqlama: “Burada nə var ki?..” –
YENİLƏNİB + VİDEO

“Ötən gün həmkarlarım mənə bir anons videosunu göndərərək bildirdilər ki,
sabah Röya xanım konsertdə iştirak edəcək, ondan müsahibə almaq istəyirik.
Anonsu görəndə çox təəccübləndik. Röya xanım Azərbaycanda olmadığı halda, ondan
xəbərsiz afişada qeyd olunub ki, guya bu gün, yəni 4 aprel tarixində səhnədə
yer alacaq. Həmçinin afişada Röya Ayxandan başqa, digər sənətçilərin, Aynur
Dadaşova və Tərlan Novxanının da adları yer alıb”.

Bunu Cixisyolu.com-a açıqlamasında Röya Ayxanın mətbuat katibi Elvin Elxan bildirib.
Onun sözlərinə görə, Xalq artisti Vətənə döndükdən sonra bu məsələ ilə bağlı
ciddi tədbirlər görəcək:

“Çünki nəinki afişaya şəkil qoymaq, adın salınması belə, dələduzluq sayılır.
Görünür ki, burada məqsəd Röya xanımın adından istifadə edib, restorana müştəri
toplamaq olub”.

E.Elxan müğənninin ilk dəfədir ki, bu cür dələduzluqla üzləşdiyini də
vurğulayıb.

Cixisyolu.com-ın əməkdaşı Röya Ayxanın konsert verəcəyi barədə afişa hazırlayıb anons
edən restoran rəhbərliyindən də mövqe öyrənməyə çalışıb. Özünü restoranın
əməkdaşı kimi qeyd edən şəxs artıq problemin həll olunduğunu deyib:

“Burada nə var ki? Röya xanımın adı afişada qeyd olunub, amma özü ölkədə
olmadığı üçün səhnədə çıxış etməyəcək. Bu məsələ restorana deyil,
təşkilatçılara aiddir”.

Qeyd olunub ki, artıq müğənninin mətbuat katibləri ilə də danışılıb və məsələ
həll edilib.

12:01

Xalq artisti Röya Ayxanın paylaşımı izləyiciləri arasında marağa səbəb olub.

Cixisyolu.com xəbər verir ki, Xalq artisti Röya Ayxan “Instagram” sosial şəbəkəsində
dələduzluq halı ilə rastlaşdığı barədə məlumat verib.

Sənətçi anonsu görəndə təəccübləndiyini qeyd edib:

“Bakıda olmadığım halda aprelin 4-ü restoranların birində səhnə alacağım
barədə afişaya rast gəldim. Bu, nə məsələdir? Mən Bakıda deyiləm. Necə ola
bilər ki, tədbirim olsun. Anonsu görəndə şok oldum. Kimin tədbiri varsa,
uğurlar arzu edirəm. Lakin bizim yoxdur. Bu şəkildə afişanın paylaşılması da
məsuliyyətdir. Çox inanıram ki, məsələ ilə məşğul olacaqlar”.

Müğənni sonda əlavə edib ki, dostları ilə birlikdə Azərbaycandan kənarda
tətildədir.

Nəzrin Vahid


Source link