cc406699-f174-4ddc-8c61-ec9df1bd9dad..jpg

Roza Zərgərli həmkarının onun içkisinə nəsə qatdığını iddia edir – VİDEO

Baxış sayı: 635 dəfə baxılıb.

Roza Zərgərli həmkarının onun içkisinə nəsə qatdığını iddia edir – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Üç il bundan əvvəl xaricdəki tədbirlərin birində içkimə nəsə qatmışdılar.
Həmin gecədən səsim batdı. İki il yarım oxuya bilmədim. O tədbirdə milli janrın
ifaçıları və televiziya işçiləri var idi”.

Cixisyolu.com xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli “Tarixin bir günü”
verilişində deyib.

Sənətçi həmin şəxsin kim olduğunu bildiyini də vurğulayıb:

“Bu haqda ona görə danışmırdım ki, o şəxslər istəyinə nail olmadılar. Roza
yenə də var. Həmin şəxsin kim olduğunu bilirəm. Onunla münasibətim də var.
Milli janrda oxuyan ifaçıdır.

Mən də bilmirəm ki, niyə edib. Muğam ifaçısı deyiləm. Onların dəvət aldığı
toylara getmirəm. Ümumiyyətlə, o adamlarla rəfiqəliyim yoxdur. Yaradan insanı
qoruyur. Siz belə etdikcə sənətimlə daha da aqressiv şəkildə məşğul oluram və
dayanmıram”.

Ətraflı videoda:
@oxuaz
“Üç il bundan əvvəl xaricdə olan tədbirlərin birində içdiyim içkiyə nə isə
qatmışdılar. Həmin gecədən səsim batdı. İki il yarım mən oxuya bilmədim. Mən
muğam ifaçısı deyiləm. O tədbirdə milli janrın nümayəndələri və televiziya
işçiləri vardı”. Bu sözləri müğənni Roza Zərgərli qonaq olduğu “Tarixin bir
günü” verilişində deyib. Sənətçi bildirib ki, onu zəhərləyən həmkarının
kimliyini bilir:
♬ orijinal ses – Cixisyolu.com News

Source link