Roza Zərgərlinin pul qalmaqalı: Özünü kişi sayanlar reklam tutur

Roza Zərgərlinin pul qalmaqalı: Özünü kişi sayanlar reklam tutur

Baxış sayı: 2. 850 dəfə baxılıb.

Müğənni Roza Zərgərli konsertində səhnəyə çıxan “Odlar yurdu” ritm qrupunun rəhbəri Vasif Səmədov bildirib ki, sənətçi onların pulunu vermir.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “MTV Azərbaycan”a müsahibə verən qrup rəhbəri Rozanın telefon zənglərinə cavab vermədiyini də söyləyib.

Roza Zərgərlinin pul qalmaqalı: Özünü kişi sayanlar reklam tutur

“Roza xanımın köməkçisi yaxınlaşıb verəcəkləri ödənişinin miqdarını soruşdu. Pul onları qane etmədi. Halbuki çox aşağı bir qiymət demişdik. Konsertdən sonra da hörmətsizlik etdi. Məni gözlətdi, sonra maşına əyləşib çıxıb getdi.

Mən başa düşürəm ki, efirdə şou göstərirsiniz, ona-buna yardım edirsiniz. 300-400 manat nə puldur ki, rəqqaslara vermədıniz? Heç gözləməzdim”, – deyə Səmədov bildirib. 

Roza Zərgərli isə ittihamlara sosial media hesabında cavab verib. O bildirib ki, Vasif reklam üçün bu addımı atıb:

Roza Zərgərlinin pul qalmaqalı: Özünü kişi sayanlar reklam tutur

“Mən ilk dəfədir belə həyasız adam görürəm. Ya üzr istə yalanına görə, ya da yazışmamızı paylaşacam, biabır olacaqsan. Bu ağılı sənə verən də rüsvay olacaq, ağıllı ol. Eşitdiklərimə şok oldum. Özünü kişi sayanlar reklam tutur. Ağzımı açsam, yerlə-yeksan olacaqsan”.

Roza Zərgərlinin pul qalmaqalı: Özünü kişi sayanlar reklam tutur

.
www.ÇıxışYolu.Com