ATV kanalında yayımlanan “Xüsusi layihə” proqramının qonağı müğənni Roza Zərgərli olub.
ÇıxışYolu.Com xəbər verir ki, ifaçı proqram zamanı Sevil və Sevinc Səfərovalardan danışıb.
Müğənni bacıları tənqid edib:
“Onların direktoru, meneceri-prodüseri, “Youtube” işlədəni idim. Geyimlərilə də məşğul olurdum. Əkizlər illər əvvəl Röya Ayxanın konsertində DJ kimi çıxış ediblər. Onları himayəmə götürəndə bundan xəbərim yox idi. Belə bir tələ qurulmuşdu.
Xəbərdar olmadan qızları dövlət tədbirində gördüm. Dörd ay sonra onlarla layihə etmək qərarına gəlim.
Bacımla əkiz olmuşuq. Bacım dünyasını dəyişib, onun xatirəsi üçün qızlara dəstək durdum. O vaxtlar toylara getmirdim, mənə 10 min təklif olunanda, əkizləri 3-4 min manata öz yerimə göndərirdim.
İndi mənim haqqımda belə danışırlar. Anaları onlara düzgün tərbiyə verməyib”.