fa9a0497-01a9-49a0-95dd-910ecabeee48.jpg

Ruben Haxverdiyan: “Bu gün türksüz, azərbaycanlısız Ermənistanı təsəvvür etmək olmaz”

Baxış sayı: 212 dəfə baxılıb.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti süjet hazırlanıb.

Cixisyolu.com xəbər verir ki, “Erməni politoloq: bizə 2020-ci il müharibəsindən sonra
dövlətçiliyi qoruyub saxlamaq möcüzəvi şəkildə qismət oldu” adlı süjetdə
ermənilərin Qarabağda törətdikləri cinayətlərdən bəhs edilib.

Ermənistanın tanınmış rejissor və bəstəkarı Ruben Haxverdiyan, erməni naşir
Armen Martirosyan, politoloq Harutyun Mkrtçyan ermənilərin Qarabağda
törətdikləri cinayətlərdən xəcalət hissi keçirdiklərini bildirirlər.

Onların sözlərinə görə, ermənilər başqa bir dövlətin ərazisinə girərək 26 il
ərzində işğalçılıqla məşğul olublar: “Bütün dərdlərimizdə həmişə romalıları,
bizanslıları, farsları, ərəbləri, türkləri, rusları günahlandırırıq. Ermənilər
köçmədir deyə, vətənini sevmirlər. Müharibə tərəfdarları heç vaxt müharibəyə
getməyən insanlardır. Ağdamın hansı vəziyyətdə olduğunu öz gözlərimlə gördüm,
biz orada hər şeyi məhv etmişik. Biz özümüz Azərbaycan evlərini, məscidlərini
hər zaman dağıtmışıq. Çobanlarımız Ağdamda, Şuşada məsciddə inək saxlayırdılar”.

R. Haxverdiyan deyib ki, Rusiyaya nə erməni, nə də rus dilində fikrini ifadə
edə bilməyəcək adam lazımdır ki, hakimiyyətə gətirsin: “Zori Balayan “KQB”
casusu kimi erməni millətçilərini satıb. Balayan yazıçı deyil, Moskvadan
göndərilmiş araqarışdıran adam idi. Bu gün türksüz, azərbaycanlısız Ermənistanı
təsəvvür etmək olmaz”.

H. Mkrtçyan isə Qarabağ klanı və erməni kilsəsi, keşiş Baqratın iç üzünü ifşa
edib: “Mənə izah edin ki, biz Ermənistan Konstitusiyasında Qarabağın ilhaqı ilə
bağlı bəndi niyə hələ də saxlayırıq? Mənim üçün Ermənistanın ərazisi 29 743
kvadratkilometrdir. Çiçəklənən Ağdamı xarabalığa çevirib “Akna” adlandırdıq.
Qarabağa fikrinə yenidən düşmək Ermənistanın ölümünə səbəb olacaq. Bizə 2020-ci
il müharibəsindən sonra dövlətçiliyi qoruyub saxlamaq möcüzəvi şəkildə qismət
oldu. İrəvanda Qarabağ nümayəndəliyinin olması nə deməkdir? Bu, sadəcə,
həyasızılıqdır. Qarabağdan çıxanlar Baqratı soyuducudan çıxarıb, ölkə boyu
gəzdirirlər. Ermənilər boyunlarının ardını görəcəklər, amma heç vaxt Qarabağı,
nə də onun klanını görə biləcəklər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Ruben Haxverdiyan: “Bu gün türksüz, azərbaycanlısız
Ermənistanı təsəvvür etmək olmaz”
Ruben Haxverdiyan: “Bu gün türksüz, azərbaycanlısız Ermənistanı təsəvvür etmək
olmaz”

Source link