77ffa7be-df2f-44c5-8a4d-4bd8e1e01a28..jpg

Ruben Vardanyan CM-in üç maddəsi ilə ittiham olunur: DTX məlumat yaydı – VİDEO

Baxış sayı: 508 dəfə baxılıb.

Ruben Vardanyan CM-in üç maddəsi ilə ittiham olunur: DTX məlumat yaydı – VİDEO

Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti
yerləşdiyi ərazilərində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı
birləşmələri tərəfindən ötən müddət ərzində törədilmiş çoxsaylı terrorçuluq
cinayətlərinin araşdırılması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində ibtidai
istintaq aparılır.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Toplanılmış sübutlarla, hazırda Ermənistan Respublikasının vətəndaşı olan
1968-ci il təvəllüdlü Ruben Karlenoviç Vardanyanın Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3
(qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların
yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan
Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə
tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Ona qarşı irəli sürülən ittihama əsasən, müəyyənləşdirilib ki, Ruben Vardanyan
xarici ölkə vətəndaşı olduğu halda terror-təxribat əməlləri törətmək məqsədilə
2022-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının dövlət sərhədini
nəzarət-buraxılış məntəqələrindən kənar, qanunsuz keçərək, Azərbaycan
Respublikasının Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti
yerləşdiyi əraziyə daxil olub, həmin ərazidə Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılması
və fəaliyyətinin təşkilində, habelə idarələrə, təşkilatlara və ayrı-ayrı
şəxslərə insanların həlak olmasına və digər ağır nəticələrə səbəb olan
basqınlar etmiş sözügedən qanunsuz hərbi birliklərin silah, döyüş sursatı,
partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz edilməsində
iştirak edib. Bundan başqa, o, pul vəsaitlərini həmin qanunsuz silahlı
birləşmələrin terrorçuluq fəaliyyətinin təşkil olunmasına yönəltməklə
terrorçuluğu maliyyələşdirib.

Törətdiyi qeyri-qanuni əməllərə görə Ruben Vardanyan 27 sentyabr 2023-cü il
tarixində saxlanılaraq, ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində
cinayət məsuliyyətinə cəlb olunub, barəsində məhkəmənin qərarı ilə həbs
qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Source link