f8b96221-bca5-47de-a5cb-28dcff09644c..jpg

Ruben Vardanyanın apellyasiya şikayəti təmin edilməyib

Baxış sayı: 453 dəfə baxılıb.

Ruben Vardanyanın apellyasiya şikayəti təmin edilməyib

Azərbaycan ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ
Respublikasının dövlət naziri” vəzifəsində çalışan və sentyabrın 27-də “Laçın”
dövlət sərhədinin buraxılış məntəqəsində saxlanılan Ruben Vardanyanın həbsindən
verilən apellyasiya şikayəti təmin edilməyib.

“Report”un məlumatına görə, onun vəkili Afət Qazıyeva müvəkkili barəsində
seçilən həbs qətimkan tədbirinin ləğv edilməsini istəyib.

Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə
baxılıb.

Məhkəmə birinci instansiya məhkəməsinin qərarını əsaslı sayaraq, şikayəti rədd
edib.

Source link