4ef41bd4-c333-4932-ac00-feb2e606b2f1..jpg

Ruben Vardanyanın apellyasiya şikayəti təmin edilməyib – VİDEO

Baxış sayı: 513 dəfə baxılıb.

Ruben Vardanyanın apellyasiya şikayəti təmin edilməyib – VİDEO

Azərbaycan ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ
Respublikasının dövlət naziri” vəzifəsində çalışmış və sentyabrın 27-də “Laçın”
sərhəd-buraxılış məntəqəsində saxlanılan Ruben Vardanyanın həbsindən verilən
apellyasiya şikayəti təmin edilməyib.

“Report”un məlumatına görə, şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Habil
Məmmədovun sədrliyi ilə baxılıb.

Onun vəkili Afət Qazıyeva müvəkkili barəsində seçilən həbs qətimkan tədbirinin
ləğv edilməsini istəyib.

Məhkəmə birinci instansiya məhkəməsinin qərarını əsaslı sayaraq, şikayəti
təmin etməyib.

Qeyd edək ki, Azərbaycanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti
yerləşdiyi ərazilərində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı
birləşmələri tərəfindən ötən müddət ərzində törədilmiş çoxsaylı terrorçuluq
cinayətlərinin araşdırılması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX)
ibtidai istintaq aparılır.

Toplanan sübutlarla, hazırda Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü
Vardanyan Ruben Karlenoviçin Azərbaycan Cinayət Məcəlləsinin 214-1
(terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan
silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak
etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq
keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı
şübhələr müəyyən edilib.

Törətdiyi qeyri-qanuni əməllərə görə R.Vardanyan 27 sentyabr 2023-cü il
tarixində saxlanılaraq, ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində
cinayət məsuliyyətinə cəlb olunub, barəsində məhkəmənin qərarı ilə həbs
qətimkan tədbiri seçilib.


Source link