70309dc0-d7f6-43f0-9898-f8b675872c9a..jpg

Ruben Vardanyanla bağlı məhkəməyə müraciət edildi

Baxış sayı: 545 dəfə baxılıb.

Ruben Vardanyanla bağlı məhkəməyə müraciət edildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qarabağdakı keçmiş qondarma qurumun “dövlət naziri” Ruben Vardanyan barəsində
seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət
edilib.

APA-nın əldə etdiyi məlumata görə, cinayət işi üzrə istintaqın aparıldığı
Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin vəsatətinə Səbail Rayon
Məhkəməsində baxılır.

Qeyd edək ki, Ruben Vardanyan ötən il Qarabağda saxlanılaraq Bakıya gətirilib.

Ona Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3
(qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların
yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan
Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham
verildiyi məlumdur.

Xatırladaq ki, BBC və digər xarici media qurumları bu yaxınlarda Ruben
Vardanyanın müxtəlif ölkələrdə çirkli pulların yuyulması mexanizmləri ilə bağlı
və digər əməllərini ifşa edən geniş araşdırma materialları ilə çıxış etmişdi.

Source link