dff6e593-99ce-466d-8c06-800167cec146..jpg

Ruhəngiz Musəvi: “Ailəmi Sevda dağıtmayıb”

Baxış sayı: 574 dəfə baxılıb.

Ruhəngiz Musəvi: “Ailəmi Sevda dağıtmayıb”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Birinci həyat yoldaşımla 10 il yaşadım. Onunla ayrılandan bir il sonra ikinci
dəfə ailə qurdum. Bu ərəfədə də mənim birinci ərim, həmkarım Sevda Əliqizı ilə
ailə qurdu. Birinci ərim gördü ki, mən başqa bir kişi ilə ailə qurmuşam, o da
bu cür addım atdı. Birinci ərim çox gözlədi məni. Anası düşündü ki, bu məndən
ayrılandan sonra kənar yerə gedəcək. Ona görə dedi ki, qohumla evlənsin, amma
uzağa getməsin, yanımda qalsın. Qohumu ilə evlənsə də o, xalama zəng vurub
deyirdi ki, Ruhəngizsiz qala bilmirəm”.

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Musəvi
verilişlərin birində deyib.

Sənətçi bildirib ki, birinci həyat yoldaşı ilə ayrılandan sonra qızına görə
onunla yenidən barışıb:

“Birinci həyat yoldaşım məndən ayrılmaq istəmirdi. Uşağıma görə onunla
barışdım. Onun özünə də dedim ki, qızıma görə səninlə barışıram. Amma gördüm
ki, bizdə alınmır… O insan məni həddən artıq çox istəyirdi və sevirdi.
İnsanlar itirəndən sonra insanın qədir-qiymətini bilirlər”.

R.Musəvi həmkarı Sevda Əliqızının onun həyat yoldaşı ilə ailə qurması haqqında
bunları deyib:

“Bir yerdə verilişlərə çıxırdıq. Bizi görənlər təəccüblənirdi. Deyirdilər ki,
“axı bu necə olur…” Çünki mən ikinci dəfə ailə qurmuşdum, Sevda da onunla ailə
qurmuşdu. Verilişlərdə qonaq olarkən görüşürdük. Sevdanı mənim sənət dostum
kimi qəbul edirdim.

Düz danışan insanam. O, yox, Sevda xanım onunla özü ayrıldı. Onların evliliyi
10 il çəkdi. Birinci ərim Sevda ilə ailə quranda qızım onların evinə
gedib-gəlirdi. Amma “səninlə barışıb sənə dönmək istəyirəm” kimi şeylər
demirdi. O şəxs Sevda ilə 10 il birgə yaşadı daha sonra başqa bir qadınla ailə
qurdu. Yenə də kişidir də… Üçüncü arvadından övladı da var. Yenə də deyirəm,
Sevda mənim ailəmi dağıtmayıb”.

Source link