İran prezidenti Həsən Ruhani bəyan edib ki, ABŞ hökuməti İranın nüvə sövdələşməsindən çıxarsa, peşman olacaq.
ÇıxışYolu.Com-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə Reuters məlumat yayıb.
Ruhani bildirib ki, Amerika bu addımı atarsa “tarixi peşmanlıqla” qarşılaşacaq.
Həmçinin o, qeyd edib ki, İran ABŞ prezidentinin bu qərarı ilə bağlı cavab da hazırlayır.