Ruhani Azərbaycana səfərinin məqsədini açıqlayıb

Ruhani Azərbaycana səfərinin məqsədini açıqlayıb

Baxış sayı: 3. 091 dəfə baxılıb.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani Türkmənistana, oradan isə Azərbaycana səfər edib. O səfər çərçivəsində bildirib ki, İran hökumətin mühüm hədəflərindən biri qonşu ölkələrlə münasibətlərin inkişaf etdirilməsidir. Səfərlərin əsas məqsədi iqtisadi və mədəni məsələlərin müzakirəsi olub.

ÇıxışYolu.Com xəbər verir ki,Türkmənistana səfərindən əvvəl Tehran hava limanında açıqlama verən Ruhani bu səfərlərin Türkmənistan və Azərbaycan prezidentlərinin dəvəti ilə reallaşdığını deyib.

Regional və beynəlxalq məsələləri səfərlərində gündəmə gətirəcəyinə deyən Ruhani yeni ildə ilk xarici səfərlərini qonşu və yaxın ölkələrə etdiyinin sevindirici hal olduğunu açıqlayıb:

“İki ölkə ilə ənənəvi münasibətlərlə yanaşı, bölgədəki tranzit məsələsi və İranın cənubunun Orta Asiyaya bağlanması məsələsi vacibdir. Qafqaz ölkələrilə əlaqə bu iki ölkə vasitəsilə reallaşır.

Hazırda Şahars və Astara marşrutları istifadə edilir. Həmçinin iki yeni layihənin də həyata keçirməsi gözlənilir”.

Səfərlərində sənaye, aqrar, səhiyyə və turizm sahəsində sazişlər imzalanacağını ifadə edən Ruhani özəl sektor nümayəndələri ilə də müzakirələr aparacağını vurğulayıb.

.
www.ÇıxışYolu.Com