Ruhani ilə Makron arasında danışıqlar

Baxış sayı: 2. 098 dəfə baxılıb.

Ruhani ilə Makron arasında danışıqlar

İran Prezidenti Həsən Ruhani ilə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

“Mehrnews” xəbər verir ki, Həsən Ruhani İran və Fransanın bölgədə gərginlikləri azaltmağa çalışdığını bildirib.

“Buna baxmayaraq, biz ABŞ-ın təxribat məqsədli addımlarının şahidi oluruq”, – deyə H.Ruhani qeyd edib.

İranın dövlət başçısı Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsinin tərəfdarı olduqlarını da diqqətə çatdırıb.

“Hər gün onlarla gəmi bu bölgədən rahatlıqla keçir və İran qaydalara uyğun olaraq öz vəzifələrini yerinə yetirir”, – deyə H.Ruhani əlavə edib.

Ruhani Avropa ölkələrinin nüvə razılaşmasının şərtlərinə əməl etmək üçün cəhdlər etdiyini vurğulayıb.

O, İranın bankçılıq və neft sahəsində dünya ölkələri ilə əlaqələrini davam etdirə bilməsi üçün şəraitin yaradılmasının böyük önəm daşıdığını da bildirib.