Trampın Vaşinqtonun İranla bağlanmış nüvə sazişindən çıxdığını elan etməsi, rəsmi Tehranın cavabını çox gözlətməyib.
ÇıxışYolu.Com xəbər verir ki, İran prezidenti Həsən Ruhani aidiyyəti qurumları uranın zənginləşdirilməsi ilə bağlı proqramın bərpasına hazır olmağa çağırıb.
“Mən İranın atom enerji agentliyinə ehtiyac yarandıqda cavab addımları atmağa hazır olmağı tapşırmışam. Belə bir lüzum yaransa, biz sənaye məqsədi ilə uranın məhdudiyyətsiz şəkildə zənginləşdirilməsinə başlayacağıq.”, – deyə Ruhani bildirib.