İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampa “Odla oynamamağı” məsləhət görüb.
ÇıxışYolu.Com xarici KİV-ə istinadən xəbər verir ki, İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampa ölkəsinə qarşı düşmənçilik siyasətini davam etdirməkdən çəkinməyə çağırıb.
H.Ruhani bildirib ki, İranla müharibə “bütün müharibələrin anasıdır”:
“Cənab Tramp, şirin quyruğu ilə oynamayın, yoxsa buna peşman olacaqsınız. Təhdidlər İran xalqını daha da bir edir. Biz istənilən halda ABŞ-ın planlarını alt-üst edəcəyik”.