Ruhani: Vaşinqton bizə diktə edə bilməz

Ruhani: Vaşinqton bizə diktə edə bilməz

Baxış sayı: 2. 126 dəfə baxılıb.

ABŞ-ın İrana və bütün dünyaya diktə etməyə ixtiyarı yoxdur.

ÇıxışYolu.Com TASS-a istinadən xəbər verir ki, bunu mayın 21-də İran prezidenti Həsən Ruhani bildirib.

Ruhaninin bəyanatı ABŞ dövlət katibinin Tehrana irəli sürdüyü 12 şərtlə bağlı çıxışına cavab olub.

“Dünya artıq bu gün Birləşmiş Ştatların müstəqil və suveren dövlətlərin adından qərarlar qəbul etməsi ilə razılaşa bilməz. ABŞ hökuməti 15 il əvvəlki dönəmə, kiçik Corc Buşun hakimiyyətdə olduğu 2003-cü ilə geri qayıdıb.

İran xalqı sizin riyakarlığınızdan cana gəlib və onu heç vaxt qəbul etməyib də.”,- deyə Ruhani vurğulayıb.

.
www.ÇıxışYolu.Com