Ruhaninin Trampla görüş istədiyi məlum olub

Baxış sayı: 3. 179 dəfə baxılıb.

Ruhaninin Trampla görüş istədiyi məlum olub

İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampla BMT Baş Assambleyası çərçivəsində görüş istəyib. 

ÇıxışYolu.Com xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli deyib. 

“Şübhəsiz ki, Ruhani görüş istəyib. Lakin bu, prezident Trampdan asılıdır”, – deyə o vurğulayıb. 

Sentyabrın 19-da ABŞ-ın İran üzrə xüsusi elçisi Brayan Huk bəyan edib ki, ABŞ İranla ölkənin nüvə və ballistik proqramlarını əhatə edən sazişin imzalanacağına ümid edir.

www.ÇıxışYolu.Com