Ruhi dispanserə aparılan Dilan Polatın vəkilindən xəbərdarlıq: “İflic ola
bilər” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Çirkli pulların yuyulmasına görə həbs olunan türkiyəli fenomen Dilan Polatın
səhhətində ciddi problemlər yaranıb.
Bu barədə onun vəkili Hüseyn Kaya xəbər verib.
Onun sözlərinə görə, həbsxana kamerasının çox rütubətli olması səbəbindən
Dilan Polatda oynaq ağrıları başlayıb.
“Dilan uşaqlarına görə çox narahatdır. Ona görə də müvəkkilimin
psixologiyasının pisləşdiyini düşünürəm. O, yeriməkdə çətinlik çəkir. Mənimlə
görüşəndə dedi ki, üzündə uyuşma var. Düşünürəm ki, bu da streslə bağlıdır”.
Vəkili məşhur bloqerin iflic ola biləcəyin deyib.
“Bütün baş verənlər onun psixologiyasına çox mənfi təsir edib, ciddi fiziki
ağrılar keçirir. O, psixoloji məyusluq yaşayır. Üzündə vaxtaşırı uyuşma olur.
Vəkili olaraq bu barədə həkimlərdən soruşduqda onlar müvəkkilimin belə təzyiqlə
iflic olma ehtimalının böyük olduğunu dedilər”, – deyə Hüseyn Kaya xəbərdarlıq
edib.
Qeyd edək ki, məşhur bloqer ağır stres keçirdiyi üçün bir neçə gün öncə Psixi
və Əsəb Xəstəlikləri Xəstəxanasınaaparılıb
Orada müayinələrdən sonra yenidən həbsxanaya qayrtarılıb.
Mənbə: Hurriyet