“Ruhlar ölkəsi” Azərbaycan dublyajında nümayiş olunub – VİDEO

“Ruhlar ölkəsi” Azərbaycan dublyajında nümayiş olunub – VİDEO

Baxış sayı: 2. 877 dəfə baxılıb.

Premium kinoteatrlar şəbəkəsi “CinemaPlus”da 2018-ci ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunmuş Fransa və Kanada istehsalı olan “Ruhlar ölkəsi” filminin nümayişi baş tutub. 

Dublyajın rejissoru Rövşən Məmmədli, səs rejissoru Azad Vəliyev, səs operatoru Orxan Həsənli, tərcüməçi Xumar Quluzadə, baş prodüseri Cəfər Axundzadədir.

Filmi səsləndiriblər: Nəzakət Məmmədli, Zarina Qurbanova, Zemfira Əbdülsəmədova, Nəcibə Hüseynova, Səid Nizami, Rövşən Məmmədli və Vüsalə Məmmədzadə.

Qorxu filminin rejissoru Pascal Laugierdir.

Film haqqında qısa məlumat: Bet doğma yerlərinə qayıdır, harada ki, uzun illər öncə onun ailəsi dəhşətli faciə ilə üzləşmişdi. Köhnə evdə onu anası və bacısı gözləyir. Bütün fikirləri kabuslar olan, həyatını paranoidal dəhşətə çevirmiş keçmişdə baş verən dəhşətli hadisənin izindən başqa heç nədir.  Evdə Betin başa salmaq gücündə olmadığı qəribə hadisələr baş verməyə başlayır.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən yaxşı premyeralarla sevindirməyə hazırdır.  

www.ÇıxışYolu.Com