d69fff81-4f0f-4ed7-b0c8-9d0523a3d288..jpg

Rumen Radev: “Bakı Mərkəzi və Şərqi Avropada təbii qaz təchizatının şaxələndirilməsində həlledici rol oynayır”

Baxış sayı: 434 dəfə baxılıb.

Rumen Radev: “Bakı Mərkəzi və Şərqi Avropada təbii qaz təchizatının
şaxələndirilməsində həlledici rol oynayır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Mərkəzi və Şərqi Avropada təbii qaz təchizatının
şaxələndirilməsində həlledici rol oynayır. Biz bunu yüksək qiymətləndiririk”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Serbiyanın Niş şəhərində Azərbaycanın media
nümayəndələrinə müsahibəsində Bolqarıstan Respublikasının Prezidenti Rumen
Radev söyləyib.

Azərbaycanın COP29-a ev sahibliyinə namizədliyinin Bolqarıstan tərəfindən
dəstəklənməsi ilə bağlı sualı da cavablandıran R.Radev qeyd edib:

“Bildiyiniz kimi, Rusiya Avropa ölkələrindən hər hansı birinin namizədliyinə
qadağa qoyub. Yeganə həll yolu Azərbaycan və ya Ermənistanın ev sahibi
olmasıdır. Biz sizin ölkənizin namizədliyinə sevinirik və onu dəstəkləyirik”.

Source link